Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 8117 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

ESFİDİP Tempus layihəsi çərçivəsində Lənkəranda təlim-seminarlar keçirildi

2016-ci il aprelin 29-u və 30-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində təlim-seminarlar keçirildi. Təlim-seminarların əsas məqsədi Lənkəran Dövlət Universitetinin inzibati işçi, müəllim və tələbə heyətinə əlillik, onun xüsusiyyəti, modelləri, bu haqda qanunvericilik, inkluziv təhsil və əlilliyi olan tələbələrlə etik davranış və dərs metodları haqqında məlumat vermək idi.

Təlim seminarlar üç hissədən ibarət idi. Birinci hissədə təlimçi Mələk Kərimova (Humanitar və sosial elmlər fakültəsinin dekan müavini) Lənkəran Dövlət Universitetinin müəllim heyətinə, ikinci hissədə isə təlimçi Rima Məmmədova (layihə rəhbəri və Əlilli olan Tələbələr üçün Mərkəzin koordinatoru) universitetinin inzabati işçilərinə təlim keçdilər. Təlim-seminarların sonunda mövzu ətrafında sual-cavab oldu, iştirakçılar öz fikirlərini və təkliflərini irəli sürdülər.

Təlim-seminarın üçüncü hissəsi aprelin 30-da davam etdirildi. Təlimçilər Bəybala İbadullayeva (Əlil Təşkilatları İttifaqının vitse-prezidenti), Saraya Səfəralıyeva (Əlil Təşkilatları İttifaqının əməkdaşı) və rima Məmmədova Lənkəran Dövlət Universitetində təhsil alan tələbə heyəti üçün təlimlər keçdilər. Mövzu tələbələr arasında çox maraqla qarşılandı və çoxlu müzakirələr keçirildi. Tələbələr tərəfindən təlimçilərə çoxlu suallar və təkliflər verildi.

Günün ikinci yarısında təlimçilər və Lənkəran Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvləri Ramiz Şaməmmədov, Kamran Kazımov, Aynur Bünyadova, Ülvi Məhərrəmov və Zur Məmmədov Lənkəran Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Nizami Yusubovla görüşdülər. Professor Nizami Yusubov layihə iştirakçılarını salamladı və son dövrdə universitetdə aparılan işlər haqqında, o cümlədən beynəlxalq əlaqələr sahəsində görülən və görüləcək işlər haqqında geniş məlumat verdi. O, layihənin respublika üçün xüsusi əhəmiyyətini qeyd etməklə yanaşı, Lənkəran Dövlət Universitetində fəaliyyət göstərəcək mərkəzin bütövlükdə cənub bölgəsi üçün görəcəyi işlərin əhəmiyyətini də vurğuladı.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026