2016-cı il aprelin 18-i saat 16:00-da Xəzər Universitetinin şəhərin mərkəzindəki binasında (Bəşir Səfəroğlu küçəsi,122) “Elm və Sənət Məclisi”nin 66-cı məşğələsi keçiriləcək. Budəfəki məşğələ “Avropadakı köçəri xalqlar: erkən orta əsr Avropa tarixinin təşəkkülündə macarların və türklərin rolu” mövzusuna həsr olunmuşdur. Əsas məruzəçi professor İstvan Zimonyidir (Szeged Universiteti/ Macarıstan).
Maraqlanan hər kəs məşğələyə dəvət olunur.
Elm və Sənət Məclisinin katibliyi