Xəzər Universitetində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), Ağ Yelkən Gənclik bağçalar şəbəkəsi və Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin birgə təşkilatçılığı ilə 2026 – cı il sentyabrın 12 – də “Məktəbəqədər Təhsildə Peşəkar Refleksiv Emalatxana” layihəsinin ikinci sessiyası keçiriləcək.
Emalatxanada məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislər, bağça müdirləri və tərbiyəçi-müəllimlər üçün nəzərdə tutulmuş təcrübə mübadiləsi və mütəxəssis çıxışları nəzərdə tutulur. Tədbirdə baxça yaşlı uşaqların psixoloji qiymətləndirilməsi, diaqnostikası, eləcə də çevik və perspektiv planlaşdırma mövzularında ekspert çıxışları dinləniləcək.