Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinə yeni qəbul olunmuş tələbələr üçün Neftçilər korpusunda Orientasiya Görüşü keçiriləcək.
Görüşlər zamanı tələbələr universitetin akademik mühiti, təhsil prosesi, tələbə həyatı, fakültə ilə yaxından tanış olacaq, universitetin tələbələr üçün təqdim etdiyi imkanlar və fəaliyyətlərlə tanış olacaq, uğurlu tələbələrin təcrübələrini dinləmək imkanı qazanacaq və öz suallarını fakültə nümayəndələrinə və yuxarı kurs tələbələrinə ünvanlaya biləcəklər.
Müxtəlif ixtisas tələbələri ilə görüşlər aşağıdakı tarixlərdə keçiriləcək:
14 sentyabr, saat 12:00
15 sentyabr, saat 11:30