1 noyabr saat 15:00-da, Karyera İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Amerikanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən məlumat sessiyası keçiriləcək. Sessiya zamanı səfirlik nümayəndəsi səfirlik tərəfindən elan edilən təcrübə proqramı barədə tələbələrə məlumat verəcək. Həmçinin sessiyada tələbələrə müraciət üçün lazım olan sənədlərin hazırlanması, anket formasının doldurulma qaydaları və digər zəruri məlumatlar veriləcəkdir. Sessiya Xəzər Universitetinin əsas korpusunun 5-ci mərtəbəsində yerləşən Yeni Təlim Otağında keçiriləcək.
Məlumat sessiyasında iştirak etmək üçün qeydiyyat linki: