12-13 oktyabr 2021-ci il tarixində Mərmərə Universitetində “Qarabağın dünəni, bugünü və sabahı” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Xəzər Universitetinin təsisçisi profesor Hamlet İsaxanlı, Humanitar, Təhsil və Sosyal elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu Quliyev məruzələrlə çıxış edəcəklər. Konfrans Türkiyyat Araşdırmalar Mərkəzinin sosial media hesablarında canlı yayınlanacaqdır.