Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 5953 Arxiv
XƏBƏRLƏR
11 Noyabr, 2026Rektor Raziyə İsayeva Tsinghua Universitetinin nümayəndələri ilə görüş keçirib
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
11 Noyabr, 2026Xəzər Xəbər” jurnalının oktyabr nömrəsi çapdan çıxıb
11 Noyabr, 2026Yubiley təbriki
11 Noyabr, 2026Xəzər Universitetinin müəllimi elmi konfransda məruzə ilə çıxış edib  

Nailəxanım Fondunun təsis etdiyi Nailəxanım təqaüdünün təqdimatı

2022-ci il noyabrın 11-də JW Marriott Abşeron hotelində Nailəxanım Fondunun təsis etdiyi Nailəxanım təqaüdünün təqdimatı keçirildi, 2022-2025-ci illər arasında Xəzər Universitetində təhsil almaq üçün Fond tərəfindən seçilən xanım tələbələr mükafatlandırıldı.

Tədbirdə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi, fakültə dekanları və departament müdirləri, ölkənin görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan Təhsil Nazirliyinin, ali təhsil müəssisələri və QHT nümayəndələri, BMT-nin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, İndoneziyanın Azərbaycandakı səfirliyi və digər səfirliklərin əməkdaşları iştirak edirdilər.

Tədbirin açılış hissəsində Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün Gardiner, Təhsil Nazirliyinin Xaricdə təhsil və beynəlxalq tələbələrlə iş şöbəsinin müdiri Müjdat Həsənov və BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək, xarici xanım tələbələr üçün Nailəxanım təqaüdünün təsis edilməsinin əhəmiyyətindən danışdılar, bunun Azərbaycanla xarici ölkələr arasında təhsil sahəsində daha bir əlaqə vasitəsi olduğunu vurğuladılar.

Nailəxanım İsayevanın həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş etdirildi, Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə Nailəxanım İsayevanın Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “Dünyam” mahnısı universitetin və “Dünya” məktəbinin birləşmiş xoru tərəfindən universitetin müəllimi Məhsəti Cabbarovanın dirijorluğu ilə ifa olundu.

Sonra Aygün Gardinerin moderatorluğu ilə “Qadınların səlahiyyətlərinin artırılmasında ali təhsilin rolu: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirildi. Müzakirədə Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Rahilya Qeybullayeva, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal və Azərbaycan Qadınları Elmdə Gənclər Təşkilatının təsisçisi və direktoru Günel Ağabəyli iştirak etdilər.

Sonra mükafatların təqdimatı oldu. Beynəlxalq əlaqələr və diplomatiya sahəsində təhsil alan təqaüdçü tələbələrə mükafatları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və İndoneziyanın Azərbaycandakı səfirliyinin birinci katibi İndra Agustini təqdim etdilər. Təqaüdçü tələbələr Nailəxanım Fonduna minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, görkəmli pedaqoq, təhsil təşkilatçısı, “Dünya” məktəbinin yaradıcısı və qurucusu Nailəxanım İsayevanın xatirəsinə təsis edilən Nailəxanım Fondunun təqaüdü ikinci dəfə təqdim olundu. İlk təqdimat 2021-ci ilin noyabr ayında xarici tələbəyə mükafatın təqdim olunması ilə Xəzər Universitetində keçirilmişdi.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026