Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva universitetin baş müəllimi Elza İsmayılovaya yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Hörmətli Elza xanım,
Sizi yubileyiniz münasibətilə Xəzər Universitetinin kollektivi adından ürəkdən təbrik edirik.
Azərbaycan dili və ədəbiyyatının tədrisinə həsr etdiyiniz illər, tələbələrinizə qazandırdığınız biliklər və onların dünyagörüşünün formalaşmasına verdiyiniz töhfələr pedaqoji fəaliyyətinizin ən dəyərli nəticələrindəndir. Ana dilimizin zənginliyinin, ədəbiyyatımızın mənəvi və mədəni dəyərlərinin gənc nəslə çatdırılması istiqamətindəki əməyiniz Universitetimizin təhsil mühitində xüsusi yer tutur.
İllər ərzində nümayiş etdirdiyiniz məsuliyyət, müəllimlik peşəsinə bağlılıq və səmimi münasibətinizə görə Sizə təşəkkürümüzü bildiririk. Arzu edirik ki, bundan sonrakı illər də həyatınıza sevinc, könlünüzə rahatlıq, fəaliyyətinizə yeni uğurlar gətirsin.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bütün arzularınızın gerçəkləşməsini diləyirik.
Yubileyiniz mübarək olsun!