2020-ci il yanvarın 18-19-da ölkənin bir neçə xəbər saytı Xəzər Universitetinin keçmiş müəllimi - tanınmış alim, siyasi elmlər doktoru Hatəm Cabbarlının “Erməni dili” dərs vəsaitinin irihəcmli, ikinci təkmilləşdirilmiş nəşrinin çapdan çıxması haqqında xəbər yaymışlar.
Xəbər saytlarına müsahibəsində düşməmə qarşı mübarizədə onun dilini bilməyin də zəruriliyini vurğulayan müəllif qeyd etmişdir ki, erməni dili onun tərəfindən ilk dəfə 2006-cı ildə Xəzər Universitetində tədris olunmuşdur.
Xəbərlərin tam mətni aşağıdakı linklərdə:
https://aqreqator.az/az/siyaset/1213572
https://sherg.az/x%C9%99b%C9%99r/150595
https://azerforum.com/az/azerbaycanli-alimin-ermeni-dili-kitabi-dushmen-oz-dili-ile-vurulacaq