Tarix və arxeologiya departamentinin müdiri Dos.Telman Nüsrətoğlu aprelin 24-də Türkiyənin nüfuzlu televiziya kanallarından olan CNN Türkün qonağı olub. Departament müdiri arxiv sənədləri əsasında “erməni soyqırımı” iddiaları və tarixi həqiqətlər barədə tamaşaçılara geniş məlumat verərək Ermənistanda baş verən siyasi prosesləri, həmçinin Nikol Paşinyanın 1915-ci il hadisələri və Türkiyəylə münasibətlərin normallaşdırılmasına dair mövqeyini, eləcə də Ermənistan daxilində mövzu ətrafında gedən müzakirələri şərh edib.