Xəzər Universitetində oktyabrın 2-də Türkiyə Məzunları ilə birlikdə başlanan “Əsgərə Sovqat” humanitar yardım aksiyası davam edir.
Son hesabatdan sonra görülən işlər haqqında məlumat:
Xəzər Universiteti əməkdaşlarının dəstəyi - 485 manat;
Sumqayıt “Dünya” məktəbi - 945 manat.
Bu məbləğlər Türkiyə Məzunlarının göstərdikləri yardım ilə birlikdə istifadə edilmişdir:
Qeyd edirik ki, Xəzər Universitetində başlanan bu aksiya Türkiyədə təhsil almış azərbaycanlı iş adamları, həkimlər, dövlət məmurları, alimlər ve dünyanın müxtəlif ölkələrində yaşayan (Türkiye, Rusiya, Almaniya, ABŞ) məzunlar tərəfindən dəstəkləndi və yardımların həcmi və əhatə dairəsi genişləndi. Hazırda artıq fondun yaradılması və davamlı təqaüdlərin təsis edlməsi istiqamətində iş aparılır.
Xəzər Universiteti çox xeyirxah bir işə vəsilə olduqları üçün universitetin, Sumqayıt “Dünya” məktəbinin kollektivlərinə ve Türkiyə Məzunlarına dərin minnətdarlığını bildirir.
Hər şey VƏTƏN üçün, her şey QƏLƏBƏ üçün! QARABAĞ AZƏRBAYCANDIR!