2020-ci il mayın 2-də UNEC Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti haqqında onlayn vebinar kecirildi. Vebinarda Azərbaycanın universitet kitabxanalarının fəaliyyətindən danışıldı.
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktor müavini Aytac Misgərli "Pandemiya dövründə Xəzər Universitetinin KİM-in onlayn xidməti" haqqında çıxış etdi. Vebinarda gələcəkdə universitet kitabxanaları arasında "Kitabxanalararası Elektron Abonoment Xidmətinin" yaradılması da müzakirə olundu.