Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 5336 Arxiv
XƏBƏRLƏR
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
11 Sentyabr, 2026Departament rəhbəri AnewZ kanalında
11 Sentyabr, 2026Departament rəhbəri: Sİ-ni “psixoloq” və “falçı” kimi istifadə etmək düzgün yanaşma deyil

Xəzər Universitetinin elmi uğurları və Təbriz Universiteti ilə əməkdaşlığa həsr edilmiş konfrans

2020-ci il yanvarın 28-də Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universitetinin elmi uğurları və Təbriz Universiteti ilə əməkdaşlığa həsr edilmiş konfrans keçirildi.

Konfransda universitetin rəhbərliyi, fakültə dekanları, departament müdirləri və əməkdaşlar, İranın Təbriz universitetindən gəlmiş nümayəndələr iştirak edirdilər.

Konfransda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, son illərdə universitetdə elmi-tədqiqat işlərinin uğurla davam etdirildiyini, nüfuzlu jurnallarda məqalələrin çapının artdığını və bu fəaliyyətin təşəkkürə, təltifə layiq olduğunu söylədi, Təbriz universitetinin nümayəndələrini salamladı.

İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani Təbriz Universitetinin nümayəndələrini – Elektronika və kompüter mühəndisliyi departamentinin əməkdaşları – professor Ebrahim Babai, dosent Seyid Hadi Əqdəsi Ələmdari, professor Kazem Zarei və Təhsil və psixologiya departamentinin dosenti Rasul Heşmatini iştirakçılara təqdim etdi, onların elmi fəaliyyəti haqqında qısa məlumat verdi. Təbriz Universitetindən dəvət edilmiş qonaqlar adından çıxış edən professor Ebrahim Babai Təbriz Universiteti ilə Xəzər Universitetinin əməkdaşlığa başlamasının mühüm hadisə olduğunu və bu əməkdaşlığın səmərəli bəhrələr verəcəyinə əmin olduğunu bildirdi. Professor Ebrahim Babai elmi yaradıcılıqda uğur qazanmanın sirri və yolları ilə bağlı mühazirə oxudu, bunun ətrafında maraqlı müzakirələr aparıldı.

Universitetin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva universitet haqqında təbrizli qonaqlar üçün nəzərdə tutulan geniş təqdimatla çıxış etdi.

Sonra elmi-tədqiqat sahəsindəki uğurlara görə təltifolunma mərasimi başlandı. Müxtəlif dərəcəli diplom və pul mükafatları departament və tədqiqatçı müəllimlərə professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və Təbriz universitetindən gəlmiş qonaqlar tərəfindən təqdim olundu.

 

Müxtəlif dərəcəli diplomlarla təltif edilən departamentlərin siyahısı:

Yaxşı tədqiqatçı departament

  • Həyat Elmləri departamenti
  • Fizika və Elektronika departamenti

 Ən yaxşı tədqiqatçı departament

  • Riyaziyyat departamenti

 

Müxtəlif dərəcəli diplomlarla təltif edilən əməkdaşların siyahısı:

Yaxşı tədqiqatçı

  1. İradə Xəlilova (Həyat elmləri departamenti)
  2. Nuru Səfərov (Fizika və elektronika departamenti)
  3. Sevda Qəribova (Fizika və elektronika departamenti)
  4. Fəridə Tatardar (Fizika və elektronika departamenti)
  5. İbrahim Nəbiyev (Riyaziyyat departamenti)
  6. Elvin Əzizbəyov (Riyaziyyat departamenti)
  7. Rövşən Abbasov (Coğrafiya və ətraf mühit departamenti)
  8. Elmira Məmmədova-Kekeç (Dillər və ədəbiyyatlar departamenti)
  9. Səidə Şərifova (Həyat elmləri departamenti)

Çox yaxşı tədqiqatçı

  1. Nazim Kərimov (Riyaziyyat departamenti)
  2. Səbinə Sadıqova (Riyaziyyat departamenti)
  3. İlmar Qəhrəmanov (Riyaziyyat departamenti)
  4. Cavid Ocaqi (Həyat elmləri departamenti)
  5. Mehdi Kiyasatfar (Mexanika mühəndisliyi departamenti)

Ən yaxşı tədqiqatçı

  1. Rasoul Moradi (Kimya və kimya mühəndisliyi)

Tədbirdə universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestri və Xəzər Universitetinin müəllimi, Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasının solisti Məhsəti Cabbarovanın iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət qısa konsert proqramı təqdim edildi.

Tədbir başa çatdıqdan sonra bütün qonaqlar Xəzər Universitetinin Buzovnada yerləşən Konfrans və İstirahət Mərkəzinə dəvət edildilər. Təbriz universitetindən gəlmiş qonaqlar və digər iştirakçılar Konfrans və İstirahət Mərkəzi ilə tanış oldular, qonaqların və elmi uğurlarına görə diplom alanların şərəfinə musiqili ziyafət verildi.

***

Təbriz Universitetinin nümayəndələri - Ebrahim Babai, Seyid Hadi Əqdəsi Ələmdari, Kazem Zarei və Rasul Heşmati səfər müddətində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşərək, iki universitet arasında əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Qonaqlar universitetin Mərkəz kampusu ilə tanış olmuş, fakültə, departament əməkdaşları və tələbələrlə görüşlər keçirmiş, “Dünya” məktəbində və Sumqayıt “Dünya” məktəbində olmuş, dizayn ixtisası tələbələrinin işlərindən ibarət sərgiyə baxmışlar. Onlar üçün Bakı şəhərinə ekskursiya təşkil edilmişdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026