2020-ci il yanvarın 15-də Xəzər Universitetinin müəllimləri Səidə Şərifova, Aytac Misgərli və Asəf Ömərov “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsinin hazırladığı seminarda iştirak etdilər. Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilirdi. Seminarda tədqiqat, ixtira və innovasiyaların strategiyası, məqalələrin nəşr olunması, həmçinin, elmi jurnalların açıq (yaşıl), qızıl və hibrid girişlərinin xüsusiyyətləri onların üstün və çatışmayan cəhətləri haqqında məlumat verildi.