2019-cu il noyabrın 16-da Milliyyət Araşdırmalar Mərkəzinin təşkil etdiyi tədbirdə Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Tural Hüseynli “İctimai kimlik zəifləməsi” haqda ictimai mühazirə oxudu.
İlkin olaraq, Tural Hüseynli sosial ədalət və kimlik siyasəti kimi bəzi terminoloji məsələlərə aydınlıq gətirdi. Ardınca mühazirəçi ictimai kimlik zəifləməsi ilə siyasi əlverişsizlik arasındakı əlaqəni izah etdi və bu problemi həll etmək üçün ictimai həyatda önə çıxan bütün iqtisadi, sosial, hüquqi və siyasi əngəllərin aradan qaldırılmasının vacibliyindən danışdı. Mühazirədən sonra iştirakçıların mövzu ilə bağlı suallarına cavab verildi.
Bu linklər vasitəsilə mühazirəni izləmək və ya mövzu ilə bağlı Tural Hüseynlinin əvvəlcə yazdığı məqaləni oxumaq olar:
https://www.youtube.com/watch?v=Pckb3xEvneQ
https://milliyyet.info/2019/04/22/siyasi-ve-ictimai-kimlik-zeiflemesi/