Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi, fəlsəfə doktoru Anar Cəfərovun Bakı Araşdırmalar İnstitutunun saytında “Həqiqət”in mənası barədə” adlı yeni məqaləsi yayımlanmışdır. Müəllif məqalədə “həqiqət” kimi çoxmənalı sözlərin dilimizdə fəlsəfi termin olaraq, istifadəsi zamanı yaratdığı problemə toxunmuşdur. Bundan əlavə, müəllif “həqiqət” termini nümunəsində azərbaycandilli fəlsəfi ədəbiyyatda əsas fəlsəfi terminlərin mənası ilə bağlı qənaətbəxş razılaşmanın olmadığını və həmin terminlərin istifadəsinin bir sıra hallarda məşhur xarici fəlsəfi nəşrlərdəki müvafiq terminlərin mənaları ilə üst-üstə düşmədiyini göstərməyə çalışmışdır.
Məqaləni bu link vasitəsilə oxumaq olar:
https://bakuresearchinstitute.org/az/həqiqətin-mənasi-barədə/