Azərbaycan elmində arxeoloji lüğətin tərtibi üzrə ilk təşəbbüs - tarix elmləri doktoru, Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının baş redaktor müavini Tarix Dostiyevin “Arxeoloji lüğət” kitabı “Elm və təhsil” nəşriyyat - poliqrafiya müəssisəsində çapdan çıxmışdır. Kitabın elmi redaktoru tarix elmləri doktoru professor Qüdrət İsmayılzadədir.
Lüğətdə arxeologiya elmində işlədilən başlıca anlayış və istilahlar şərh edilir, arxeoloji dövrlər səciyyələndirilir, mühüm arxeoloji mədəniyyətlər, abidələr haqqında yığcam məlumat verilir.
Kitab mütəxəssislər, həmçinin, ulu keçmişlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.