2019-cu il mayın 22-də Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin təşkilatçılığı ilə ənənəvi universitetlərarası “Spagetti körpü” müsabiqəsi keçirildi. Müsabiqədə on beş komanda iştirak edirdi. Xəzər Universitetindən “Octopod” komandasının körpüsü (Davud Şərifzadə, Günəş Əzizli və Firəngiz Mirzəzadə) 45,3 kq qaldıraraq birinci yeri tutdu.
Yarışma Dr. Hassan Niknafsın iştirakı və Xəzər Universitetinin İnşaat mühəndisliyi departamentinin müəllimləri Dr. Rasim Bayramlının, Mehdi Bəşirinin və professor Ziyəddin Zamanzadənin rəhbərliyi ilə keçirildi. Tədbir “Encotec” şirkəti tərəfindən maliyyələşdirildi.
Qeyd edək ki, müsabiqənin məqsədi spagettidən körpü inşa etməklə, mühəndislik mexanikası və materialların müqavimətinin ölçülməsində tələbələrin biliyini yoxlamaqdır.