2016-cı il iyunun 28-i Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin tələbələrindən ibarət “Imagine” komandası P2P: Ekstremizmə qarşı Mübarizə proqramında Azərbaycanı təmsil etdi.
Ekstremizə qarşı keçirilən bu beynəlxalq müsabiqədə dünyanın hər yerindən iştirak edən 110 universitetdən yalnız üçü finala seçildi. Bu müsabiqə ABŞ Dövlət Departamenti və EdVentures Partners şirkətinin birgə təşəbbüsüdür.
Top 3 komanda öz kampaniyalarını ABŞ Dövlət Departamentinin münsiflər heyətinə təqdim etdi. Ən son sıralanma belədir:
1-ci yer – Roçester Texnologiya İnstitutu, Roçester, Nyu-York, ABŞ;
2-ci yer – Vesalius Kolleci, Brüssel, Belçika;
3-cü yer – Xəzər Universiteti, Bakı, Azərbaycan.
Müsabiqədəki iştirakı bitdikdən sonra, komanda hazırda ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən 10 günlük Beynəlxalq Liderlik Proqramında iştirak edir.