Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 62 Arxiv
XƏBƏRLƏR
25 Noyabr, 2026“Khazar Talks-7”: Niderland Krallığının Azərbaycandakı səfirinin iştirakı ilə seminar  
24 Noyabr, 2026“Khazar Talks-8”: bp-nin vitse-prezidenti “Introduction to Energy Geopolitics” mövzusunda seminar keçib
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  
19 Noyabr, 2026Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi  
18 Noyabr, 2026Xəzər Universitetinin rektoru İstanbulda “Going Global 2026” beynəlxalq təhsil konfransında iştirak edib 
25 Noyabr, 2026Rəqəmsal abunəlik xərclərinə nəzarətin vacibliyi  
25 Noyabr, 2026“Xəzər”in nümayəndələri “Gələcəyin Peşələri Sammiti Bakı 2026” da  
25 Noyabr, 2026İT Departament rəhbəri süni intellektin media bazarına təsirini təhlil edib  
25 Noyabr, 2026Tələbələr üçün Kitabxana sessiyaları
25 Noyabr, 2026“XəzərXəbər” jurnalının noyabr  nömrəsi khazar-review.khazar.org saytında

İqtisadiyyat və menecment departamentinin müəllimi Həsən Rəhimlinin həmmüəllif olduğu yeni monoqrafiya nəşr olunub  

İqtisadiyyat və Menecment departamentinin müəllimi Həsən Rəhimlinin həmmüəllif olduğu “Elektrotexnika sahəsində qlobal rəqabət: strateji aktorlar və müasir meyillər” adlı monoqrafiya çap olunmuşdur.

İqtisad elmləri doktoru, professor T.İ. İmanovun ümumi elmi redaktəsi ilə hazırlanmış əsərin müəllifləri professor T.İ. İmanov, dosent T.V. Əhmədova və doktorant H.H. Rəhimlidir. 272 səhifədən ibarət olan monoqrafiya müasir dünya iqtisadiyyatında texnoloji transformasiyalar, innovasiya prosesləri, elektrotexnika sənayesinin inkişaf perspektivləri və aparıcı dövlətlər arasında qlobal texnoloji rəqabətin müxtəlif aspektlərinin araşdırılmasına həsr olunmuşdur.

Monoqrafiyada texnologiyanın müasir beynəlxalq münasibətlər sistemində artan rolu, qlobal iqtisadi güc balansının dəyişməsi və yeni dünya nizamının formalaşması məsələlərinə xüsusi diqqət yetirilir. Əsərin diqqətçəkən istiqamətlərindən biri ABŞ və Çin arasında dərinləşən strateji rəqabətin siyasi-fəlsəfi və iqtisadi təhlilidir. Müəlliflər bu rəqabəti yalnız iki dövlət arasındakı iqtisadi və ticarət mübarizəsi kimi deyil, həm də beynəlxalq sistemin gələcəyini, qlobal idarəetmə mexanizmlərini və güc münasibətlərini müəyyənləşdirən fundamental geosiyasi proses kimi qiymətləndirirlər.

Kitabda Soyuq müharibədən sonrakı təkqütblü dünya nizamının transformasiyası, Çinin yüksələn qlobal gücə çevrilməsi, Qərb hegemonluğunun zəifləməsi, çoxqütblü beynəlxalq sistemin formalaşması və dövlətlərin milli maraqlarının beynəlxalq siyasətdə yenidən ön plana çıxması kimi məsələlər nəzəri və analitik müstəvidə araşdırılır.

Monoqrafiyanın xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən biri də süni intellektin və qabaqcıl texnologiyaların qlobal rəqabətdə strateji resursa çevrilməsidir. Bu kontekstdə süni intellekt, yarımkeçiricilər, mikroçiplər, 5G texnologiyaları, bulud hesablama sistemləri və rəqəmsal infrastruktur uğrunda mübarizənin beynəlxalq münasibətlərə, milli təhlükəsizliyə və dövlətlərin iqtisadi üstünlüyünə təsirləri təhlil olunur. Xüsusilə ABŞ və Çin arasında texnoloji rəqabətin siyasi iqtisadiyyatı, texnologiyaların geosiyasi alətə çevrilməsi, ixrac məhdudiyyətləri, texnoloji asılılıq və qlobal təchizat zəncirlərinin yenidən qurulması məsələləri diqqət mərkəzində saxlanılır.

Əsərdə, həmçinin ABŞ və Avropa İttifaqının innovasiya modelləri, universitet-sənaye əməkdaşlığı, Çin və digər Asiya ölkələrinin dövlətyönümlü sənayeləşmə strategiyaları, transmilli şirkətlərin qlobal texnoloji dəyər zəncirlərində mövqeyi müqayisəli şəkildə araşdırılır. Intel, Samsung, TSMC və digər aparıcı şirkətlərin timsalında elmi-tədqiqat və innovasiya investisiyalarının beynəlxalq rəqabət qabiliyyətinə təsiri qiymətləndirilir.

Monoqrafiyanın digər mühüm istiqaməti süni intellekt və Əşyaların İnternetinin (IoT) elektrotexnika sənayesinə təsirlərinin araşdırılmasıdır. Ağıllı istehsal sistemləri, robotlaşdırma, avtomatlaşdırma, rəqəmsal əkizlər, enerji səmərəli texnologiyalar və “yaşıl” elektronika müasir sənayenin transformasiyasını şərtləndirən əsas amillər kimi təqdim olunur. Bu texnologiyaların istehsal məhsuldarlığının artırılması, əməliyyat xərclərinin azaldılması və sənaye müəssisələrinin rəqabət qabiliyyətinin gücləndirilməsində rolu təhlil edilir.

Monoqrafiya texnologiya və innovasiya iqtisadiyyatı, sənaye siyasəti, beynəlxalq siyasi iqtisadiyyat, geoiqtisadiyyat və beynəlxalq münasibətlər sahəsində tədqiqat aparan alimlər, doktorantlar, magistrantlar, ali təhsil müəssisələrinin müəllimləri, eləcə də müvafiq dövlət və özəl sektor qurumlarının mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026