17 noyabr 2026-cı ildə dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan QS Quacquarelli Symonds tərəfindən QS World University Rankings: Sustainability 2027 reytinqinin nəticələri açıqlanıb. Reytinqdə Azərbaycandan 9 ali təhsil müəssisəsi təmsil olunub. Xəzər Universiteti ümumi sıralamada 1501+ kateqoriyasında qərarlaşıb, İdarəetmə (Governance) göstəricisi üzrə isə 799-cu yerə yüksəlib.
Dünyanın 107 ölkə və ərazisindən 2003 universitetin yer aldığı reytinqdə Xəzər Universiteti elmi tədqiqatlar, sosial təşəbbüslər və Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrlə dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirməyə davam edib. Universitet həmçinin beynəlxalq əməkdaşlığa, müəllim və tələbə mübadiləsi proqramlarında fəal iştiraka xüsusi önəm verib.
QS Sustainability Rankings - Governance 2027 - 2027 - Certificate
QS Sustainability Rankings - Overall 2027 - 2027 - Certificate