Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 83 Arxiv
XƏBƏRLƏR
16 Noyabr, 2026Rektor Pekin Xarici Dillər Universitetində  
12 Noyabr, 2026“Dünya” Teatrı Zəfər Gününə həsr olunmuş “ Kamança” tamaşasını təqdim edib
11 Noyabr, 2026Rektorun Tsinghua Universitetində görüşü
28 Oktyabr, 2026Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  
28 Oktyabr, 2026ADPU və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələri Xəzər Universitetində olublar  
27 Oktyabr, 2026Boğaziçi Universitetinin nümayəndələrinin Xəzər Universitetinə səfəri
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
16 Noyabr, 2026Xəzər Universiteti Çin universitetləri ilə beynəlxalq akademik əməkdaşlığını genişləndirir  

Departament müdiri Ankarada  

Türkiyə Böyük Millət Məclisi, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin (YTB) birgə təşkilatçılığı ilə Türkiyə Böyük Millət Məclisində Türk dövlətlərindən gələn çox sayda millət vəkilllərinin iştirakıyla 2026-cı il noyabrın 12-də keçirilən Türk Dünyası Forumunda Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, tarixçi-alim Telman Nüsrətoğlu iki paneldə geniş məruzələrlə çıxış edib və sualları cavablandırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun himayəsi və iştirakı ilə keçirilən forumun açılış panelində Telman Nüsrətoğlunun məruzəsi “2040 Türk Dünyası Vizyon Sənədi və Türk dünyası gəncliyinin üzərinə düşən vəzifələr” mövzusuna həsr olunub. Türk dünyası birliyinin təhsildən mədəniyyətə, elmdən texnologiyaya qədər müxtəlif sahələrdə daha da dərinləşdirilməsinin yolları və gələcək nəsillərin bu prosesdəki strateji rolu diqqətə çatdırılıb.

Departament müdiri çıxışında Türk dünyasının gələcəyinin möhkəm təməllər üzərində qurulması üçün ortaq hafizənin, ortaq tarixi yaddaşın, ortaq strateji ağlın və ortaq gələcək idealın formalaşdırılmasının müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

O, müasir dövrdə Türk dünyası gəncliyinin qarşısında duran əsas vəzifələrdən birinin süni intellekt və texnoloji transformasiya əsrinin çağırışlarına cavab verə biləcək elmi biliklərə, texnoloji səriştələrə və innovativ düşüncə qabiliyyətinə yiyələnmək olduğunu qeyd edib. Tarixi və milli kimlik şüurunu qorumaqla yanaşı, bəşəri dəyərlər, elm, texnologiya və inkişaf uğrunda qlobal rəqabətdə ön sıralarda yer almağın vacibliyinə diqqət çəkib.

Məruzədə Türk dünyası gəncliyinin strateji düşünmə, analitik təhlil, yaradıcı yanaşma, ixtiraçılıq, liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm təkliflər irəli sürülüb.

Telman Nüsrətoğlu universitetlər və orta məktəblər arasında akademik və institusional inteqrasiyanın gücləndirilməsini, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsini, ortaq elmi-tədqiqat platformalarının yaradılmasını Türk dünyasının gələcək inteqrasiyası baxımından vacib istiqamətlər kimi dəyərləndirib.

O, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gənc alimlərin, tədqiqatçıların və innovatorların elmi fəaliyyətini dəstəkləyəcək Türk Dövlətləri Təşkilatının Elm və İnnovasiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Belə bir fondun ortaq elmi layihələrin maliyyələşdirilməsinə, gənc tədqiqatçıların potensialının üzə çıxarılmasına və Türk dünyasında elmi-texnoloji əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verə biləcəyini bildirib.

Çıxışda xüsusi olaraq vurğulanıb ki, Türk dünyasının birliyi yalnız ortaq keçmişin xatırlanması ilə məhdudlaşmamalı, eyni zamanda ortaq gələcəyin qurulması üçün elmi, intellektual və texnoloji potensialın birləşdirilməsinə əsaslanmalıdır.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026