Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Səbinə Məmmədovanın elmi fəaliyyəti çərçivəsində iki mühüm akademik nailiyyəti qeydə alınıb. İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi (HACE) tərəfindən Səbinə Məmmədovanın “Artificial Intelligence, Value Formation, and Digital Identity in the 21st Century: A Comparative Study of University Students in Azerbaijan and Türkiye” adlı elmi hesabatı nəşr olunub. 2026-cı ildə HACE Report 08 nömrəsində işıq üzü görən tədqiqatda Azərbaycan və Türkiyə universitetlərinin tələbələri arasında süni intellekt, dəyərlərin formalaşması və rəqəmsal kimlik məsələləri müqayisəli şəkildə araşdırılıb.
Bununla yanaşı, Səbinə Məmmədova 2026-cı il noyabrın 2-də İstanbul Rumeli Universitetində RUÇAM və Orhun Mübadilə Proqramı çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetini təmsil edərək, “Türk dünyasında aidiyyət duyğusu və süni intellektlə müasir texnologiyanın təsiri: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə türk dünyasında aidiyyət hissi, süni intellektin və müasir texnologiyaların cəmiyyətə, xüsusilə, gənclərin dəyərlərinin formalaşmasına təsiri məsələlərinə toxunulub.
Səbinə Məmmədovanın bu akademik fəaliyyətləri Xəzər Universitetinin beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi, elmi tədqiqatların beynəlxalq platformalarda təqdim olunması və universitetin akademik nüfuzunun təşviqi baxımından əhəmiyyətlidir.