Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 334 Arxiv
XƏBƏRLƏR
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
09 Oktyabr, 2026Departament müdiri AnewZ kanalında çıxış edib

İT departament rəhbəri saxta saytların əsas təhlükə siqnallarını açıqlayıb

Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev saxta internet saytlarının, mobil tətbiqlərin və digər rəqəmsal dələduzluq üsullarının müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrini bölüşüb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Fərid Musayev bildirib ki, texnologiyanın yaratdığı sürət və rahatlıq dələduzlar tərəfindən də öz məqsədləri üçün istifadə olunur. Sosial şəbəkələr, messencerlər, saxta internet saytları, mobil tətbiqlər və süni intellekt texnologiyaları bu cür hallarda istifadə olunan əsas vasitələr sırasındadır.

Ekspertin sözlərinə görə, dələduzlar WhatsApp, Telegram və Facebook kimi platformalarda özlərini tanış və ya etibarlı şəxs kimi təqdim edə, həmçinin, saxta reklamlar vasitəsilə istifadəçiləri aldada bilərlər. Bankların, dövlət qurumlarının və tanınmış şirkətlərin internet saytlarının dizaynını kopyalayan saxta platformalar isə şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi üçün istifadə oluna bilər.

Fərid Musayev saxta saytları müəyyənləşdirərkən internet ünvanının diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi domenə əlavə və ya çatışmayan hərflərin olması, qeyri-adi domenlərdən istifadə edilməsi və hətta yalnız bir hərfin fərqli olması istifadəçini saxta sayta yönləndirə bilər.

Ekspert həmçinin, “Hesabınız bloklanacaq!”, “Dərhal ödəniş etməlisiniz!” və ya “Mükafat qazandınız” kimi istifadəçini tələsik qərar verməyə məcbur edən mesajların ciddi şübhə doğurmalı olduğunu bildirib. Belə hallarda əsas məqsəd insanın məlumatı yoxlamasına və qərarını düşünməsinə imkan verməməkdir.

Fərid Musayev qeyd edib ki, bank və dövlət qurumlarının əməkdaşları telefon və ya mesaj vasitəsilə şəxslərdən şifrə, PIN və CVV kodu kimi həssas məlumatları tələb etməməlidir. Mesajlarda qeyri-peşəkar yazı üslubunun, səhv tərcümələrin və qəribə ifadələrin olması da əlavə xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir.

Ekspert istifadəçilərə “dayan və düşün” prinsipinə əməl etməyi tövsiyə edib. Şübhəli zəng və ya mesaj alındıqda dərhal hərəkət etmək əvəzinə məlumatın müstəqil şəkildə yoxlanılması daha təhlükəsiz yanaşmadır. Məsələn, bankdan zəng gəldiyi bildirildikdə danışığı dayandırmaq və bankın rəsmi saytında göstərilən əlaqə nömrəsi ilə yenidən əlaqə saxlamaq tövsiyə olunur.

Fərid Musayev şəxsi məlumatların qorunmasının da vacib olduğunu vurğulayıb. Şifrələr, təsdiq kodları, şəxsiyyət vəsiqəsinin görüntüsü və digər həssas məlumatlar tanımadığı şəxslərlə və etibarsız platformalarla paylaşılmamalıdır.

Ekspert rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün iki mərhələli doğrulama (2FA) funksiyasından istifadə etməyi, əməliyyat sistemlərini və tətbiqləri mütəmadi yeniləməyi, həmçinin, etibarlı təhlükəsizlik proqramlarından istifadə etməyi tövsiyə edib.

Fərid Musayevin sözlərinə görə, texnologiyadan təhlükəsiz istifadə yalnız texniki vasitələrdən deyil, istifadəçinin diqqətli və düşünülmüş davranışından da asılıdır. Heç bir “təcili” mesaj və ya zəng şəxsi məlumatların və maliyyə təhlükəsizliyinin riskə atılmasından daha vacib deyil.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026