Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 984 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
18 Avqust, 2026İT departament rəhbəri biometrik ödənişlərin Azərbaycanda tətbiq perspektivlərini şərh edib
18 Avqust, 2026Psixoloq imtahan stressi, valideynlərin akademik gözləntiləri və uşaqların psixoloji sağlamlığı barədə  
18 Avqust, 2026Psixologiya departamentinin əməkdaşı müsahibə verib
17 Avqust, 2026Yubiley təbriki

“Türk Dünyasının Memarlıq İrsi” adlı beynəlxalq konfrans

2025-cı il sentyabrın 25-26-da Xəzər Universitetində “Türk Dünyasının Memarlıq İrsi” adlı beynəlxalq konfrans keçirildi. Tədbir  universitetin Memarlıq və dizayn departamentinin təşəbbüsü ilə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Xəzər Universitetinin Tarix və arxeologiya departamenti, Səlcuq Universiteti, Bakı Mühəndislik Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) əməkdaşlığı ilə təşkil olundu.

 Konfransda Türkiyənin 12, Azərbaycanın 5 universiteti, həmçinin Ukrayna, Pakistan, Rumıniya, Vyetnam, İndoneziya, Banqladeş, Gürcüstan və Slovakiyadan 11 universitetin professor və müəllim heyəti iştirak etdi. Sessiyalar həm üz-üzə, həm də onlayn formatda keçirildi.

Xəzər Universiteti Memarlıq və dizayn departamentinin müdiri Dos. Şəhla Abbasova açılış nitqində konfransın məqsədini belə ifadə etdi:
“Bu gün biz burada yalnız zəngin memarlıq irsimizi öyrənmək üçün deyil, həm də onu qoruyub yaşatmaq, müasir dövrün tələblərinə uyğun şəkildə dəyərləndirmək və gələcəyin memarlığı ilə vəhdət içində inkişaf etdirmək məqsədilə toplaşmışıq. İnanıram ki, konfrans fikir və təcrübə mübadiləsi üçün əlverişli platforma olacaq.”

Konfransın açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dr. Raziyə İsayeva çıxış edərək, tədbirin əhəmiyyətini vurğuladılar. Onlar bildiriblər ki, memarlıq irsi yalnız tikili və abidələrdən ibarət deyil, həm də xalqın yaddaşını, kimliyini və dünyagörüşünü özündə əks etdirən mədəni sərvətdir. Bu cür tədbirlər isə ortaq türk kimliyinin tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verir.

Konfransda, həmçinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Koordinator müavini Kürşat Özdemir, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu, Bakı Mühəndislik Universitetinin Memarlıq və şəhərsalma kafedrasının müdiri Prof. Sabir Orucov, Səlcuq Universitetindən Prof. Dr. İlham Enveroğlu, Necmettin Erbakan Universitetindən Prof. Dr. Ahmet Çaycı, Marmara Universitetindən Dos. Mehdi Genceli, Konya Texniki Universitetindən Prof. Dr. Bilgehan Yılmaz məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində memarlıq və şəhərsalmanın müxtəlif aspektlərinə dair elmi müzakirələr aparılıb, iştirakçı universitetlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilib.

Nəticə olaraq, Türk dünyasının memarlıq irsi sadəcə keçmişin yadigarı deyil, həm də gələcəyin yol xəritəsidir. Bu irs təkcə daş və kərpicdən ibarət tikililərdə deyil, eyni zamanda ortaq mədəni yaddaşımızda, kimliyimizdə və dünyagörüşümüzdə yaşayır. Onu araşdırmaq, qorumaq və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək həm elmi, həm də mədəni borcumuzdur. Gələcək nəsillərə ötürüləcək ən böyük sərvətlərdən biri məhz bu zəngin memarlıq irsidir və onun davamlılığı Türk dünyasının birliyini, gücünü və mədəniyyətinin dərinliyini daha da möhkəmləndirəcəkdir.

https://www.youtube.com/watch?v=RVlKEmmUirI

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026