2025-ci il mayın 23-də Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri “Pestisidlər, onların istifadəsi və təhlükələri” adlı tədbirdə iştirak ediblər. Tədbir “ToxicNet” şəbəkəsinin və universitetin Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Xəzər Universitetinin müəllimi Rövşən Abbasov pestisidlər və onların zərərləri haqqında mühazirə ilə çıxış edib. Sonra ToxicNET tərəfindən istehsal olunan pestisidlər haqqında videoçarx nümayiş olunub. Növbəti mərhələdə tələbələr könüllülər qruplarına bölünərək, pestisidlərlə bağlı suallar veriblər. Bu suallara uyğun təqdimatlar hazırlayaraq, nümayiş etdiriblər. Qaliblərə mükafatlar təqdim olunub.