Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyevin “Kıbrıs Sorunsalı ve Türk Dünyasının Geleceği” (“Kipr problemi və Türk dünyasının gələcəyi”) adlı məqaləsi Türkiyənin aylıq “Kriter” jurnalında ( may 2025-ci il, sayı 101) işıq üzü görüb. Jurnal Türkiyədə nüfuzlu dərgi hesab olunur.
Müəllif məqalədə Türk Dövlətlər Təşkilatının gələcəyi, qlobal geosiyasi dəyişikliklərin Türk dünyasına təsiri, informasiya və enerji siyasətindəki yeniliklərin milli suverenliyə və dövlətçilik ənənələrinə mümkün təsirləri kimi məsələlərə toxunmuşdur.
Link: https://kriterdergi.com/yazar/orkhan-valiyev/kibris-sorunsali-ve-turk-dunyasinin-gelecegi