2025-ci il aprelin 29-da Kaspi Liseyinin Bakıxanov filialında abituriyentlərlə görüş keçirilmişdir. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy abituriyentlərə universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Universitetin Psixologiya Mərkəzinin direktoru Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qaldırılması və səmərəli çalışma metodları ilə bağlı tövsiyələrini bildirmişdir.