Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 533 Arxiv
XƏBƏRLƏR
21 May, 2025Xəzər Universitetinin nümayəndələri EMU-da keçirilən VII Beynəlxalq Türk Dünyası Turizm Konfransında  
28 May, 2025Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi AA xəbər agentliyində
28 May, 2025Siyasi elmlər və fəlsəfə departamenti müəlliminin məqaləsi “Daily Sabah” qəzetində
27 May, 202528 May - Müstəqillik Günü münasibətilə seminar  
27 May, 2025Kitabxana İnformasiya Mərkəzində "28 May-Müstəqillik Günü" adlı kitab sərgisi
26 May, 2025317 nömrəli tam orta məktəbin abituriyentləri və müəllim kollektivi ilə görüş
26 May, 2025İngilis dili və ədəbiyyatı departamenti əməkdaşının məqaləsi "Cogent Arts & Humanities" jurnalında
26 May, 2025Dillər bölməsinin koordinatoru “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” adlı respublika elmi-praktik konfransında
23 May, 2025Xəzər Universitetinin tələbələri Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransında
23 May, 2025XƏZƏR UNİVERSİTETİNİN BAYTARLIQ TƏBABƏTİ İXTİSASI TƏLƏBƏLƏRİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN BAYTARLIQ TƏBABƏTİ FAKÜLTƏSİNDƏ

Məzun məktubları

1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Xəzər Universiteti Novruz günlərində 35-ci yubiley ilinə qədəm qoydu. Bu münasibətlə məzunlardan gələn məktubları Karyera və Məzunlar Mərkəzi təqdim edir.

 

 

Xəzər Universitetinin hörmətli üzvlərinə

1991-ci ildən bəri möhtəşəm inkişaf yolunda inamla irəliləyən Xəzər Universitetini növbəti mərhələyə qədəm qoyur. Bir Xəzər məzunu olaraq bu təhsil müəssisəsinin inkişafa və təhsildə mükəmməlliyə dair sarsılmaz bağlılığı ilə qürur duyuram.

Xəzər Universiteti illər boyu təkcə akademik mühitə töhfə verməklə kifayətlənməyib, eyni zamanda minlərlə tələbənin həyatında dönüş nöqtəsi olub. Müəllim heyətinin səyi, innovativ tədris proqramı və zəngin akademik mühit burada gələcəyin liderlərinin yetişməsi üçün möhkəm zəmin yaradıb.

Xəzər Universitetinin ali təhsil sahəsində daha böyük nailiyyətlər qazanacağına ürəkdən inanıram.

Hörmətlə,

Dr. Sevinc İskəndərova
Nolen Biznes və Peşəkar Tədqiqatlar Məktəbi
Bridgewater Kolleci,
Virciniya, Amerika Birləşmiş Ştatları

 


 

Hörmətli Xəzər Universitetinin kollektivi!

Bu illər ərzində təhsil və tədqiqat mükəmməlliyinə olan fədakarlığınız saysız-hesabsız insanın həyatına dərin təsir göstərmişdir. Biz məzunlar universitetin irsinə töhfə vermiş uzaqgörənləri, pedaqoqları, əməkdaşları və tələbələri hörmətlə xatırlayırıq.  Bilik, innovasiya və təşviq etmək üçün sarsılmaz öhdəliyiniz hamımızı ruhlandırmaqda davam edir. Gələcək üçün ən xoş arzular!

Raul Əliyev
Müqavilələr üzrə mütəxəssis,
Shell Iraq Petroleum Development B.V
Qətər Dövləti

 


 

Əziz Xəzərlilər!

Ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından olan, Azərbaycan təhsil sistemində bir sıra ilklərə imza atmış doğma Xəzər Universiteti təkcə ali təhsil müəssisəsi deyil, həm də saysız hesabsız dostluqların, geniş əlaqələrin, düzgün karyeranın qurulmasının başlanğıc nöqtəsidir. Çox sevindiricidir ki, Xəzər Universiteti məzunlarının uğurlarını həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müşahidə etmək mümkündür. Universitetin məzunları arasında gözlə görünməyəcək qədər incə, lakin hiss edilə biləcək qədər möhkəm bağların mövcudluğu təhsil illərinin aşıladığı misilsiz bir dəyərdir. Ümid edir və inanıram ki, bu ənənə bundan sonra da davam edəcək, Xəzər Universitetinin məzunlarının uğurları universitetin gələcək inkişaf perspektivi nöqteyi-nəzərindən mühüm töhfə olacaqdır.

Emin Rüstəmov

Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda səfirliyi, eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyi, birinci katib

 


 

Doğma Xəzərim!

Adın gələndə hələ də üzümdə gülüş, ürəyimdə titrəmə hiss edirəm. Qürurla, minnətdarlıqla xatırlayıram Səninlə keçən o illəri.

Sən tək düşünən, araşdıran, yeniliklərə açıq təhsil ocağı deyil, eyni zamanda bizə dostluqlar, xoş xatirələr, dəyərlər qazandıran bir ocaqsan.

Başda çox sevdiyim və dəyər verdiyim Hamlet müəllim olmaqla adın hər zaman uğurlara imza atsın, daim zirvələrdə ol Xəzər Universiteti! 

Kəmalə Bəbirova,

“Memorial Hospital”ın Nərimanov filialının baş həkimi, həkim radioloq

 


 

Əziz Xəzərim!

Mən, Sadiq Dadaşov Sədiyar oğlu 2005-2011 ci illərdə Xəzər Universitetində "Müalicə işi" ixtisası üzrə bakalav təhsili almışam.  Müxtəlif illərdə Almaniya və Türkiyədə təhsilimi davam etdirmişəm. Lənkəran Rayon Mərkəzi Xəstəxanası və "Lenkeran Hotel and Resopt Company” Məhdud Məsuliyyətli Cəmiyyətində həkim-terapevt, Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecində müəllim işləmişəm. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Lənkəran filialının rəhbəri vəzifəsində çalışıram.

Çox xoşbəxtəm ki, 2005 - ci ildə Xəzər Universitetini seçmişəm. Universitetin müəllim heyəti, ingilis dilində tədrisi, yüksək standartlara cavab verən təhsil sistemi mənim həm elmi sferada, həm də sosial cəhətdən şəxsi inkişafıma kömək olmuşdur. Universitet illərində qazandığım bilik və bacarıqlar karyeramın qurulmasında da əhəmiyyətli rol oynamışdır.  Xatırlayıram ki, tələbələr arasında belə bir deyim vardı: Xəzər Universitetə bir girən sevinir, bir də bitirən. Təbii ki, bu, dərslərin çətin olmasından və şəffaf aparılmasından irəli gəlirdi. Amma çəkilən əziyyətin nəticəsidir ki,  bir çoxumuz məzun olduqdan sonra müvafiq sahədə peşəkar şəkildə fəaliyyət göstəririk.

Universitetin daim inkişaf etməsi yüksək idarəetmənin və əlbəttə ki, peşəkar kollektivin uğurudur. Alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı və publisist, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Hamlet İsaxanlı başda olmaqla doğma Xəzərimin bütün işçi heyətinə bol uğur arzu edirəm!

Sadiq Dadaşov,

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Lənkəran Filialının rəhbəri

 


 

Əziz və doğma Xəzərim!

O qədər dərin və gözəl xatirələr bəxş etmisən ki, sözlə ifadə etmək qeyri-mümkündür.

Təhsil aldığım 4 il ərzində peşəkar kadrlardan aldığım biliklər daim həyatıma müsbət yön verib. Mənəvi inkişafa yönələn dərslər isə həyata baxışımı dəyişib. Düşünürəm ki, Xəzər Universiteti bizim üçün təkcə ali təhsil ocağı olmadı, burada biz həm də özümüzü dogma evimizdəki kimi hiss etdik. Rektorumuz Hamlet müəllimə bizə Xəzər kimi möhtəşəm təhsil ocağını bəxş etdiyi üçün təşəkkür edirəm.

Əziz Hamlet müəllim, sizin kimi ziyalı, səmimi və mehriban rektorumuzun olmağı xüsusi xoşbəxtlik idi. Artıq 15 ildir ki, İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışıram. Hər zaman fəxrlə deyirəm ki, mən Xəzər kimi nəhəng universiteti bitirmişəm.

Bütün müəllimlərimə də “çox sağ olun” deyirəm. Hər biriniz dəyərlisiniz. Yaddaşımda gözəl izlər buraxmısınız. Hazırda Xəzər Universitetində təhsil alan tələbələrə də uğurlar arzulayıram!

Leyla Sultanova,

İctimai Televiziyanın böyük redaktoru

 


 

Əziz və doğma Xəzərim!

1993-1997-ci illərdə Xəzər Universitetinin Humanitar elmlər fakültəsinin İngilis və ərəb dilləri ixtisasında təhsil aldığım illəri xatırlayarkən, qazandığım dəyərli bilik və təcrübələr üçün sonsuz minnətdarlıq hissi duyuram. Mənə yol göstərən və bu müddət ərzində dəstək olan dəyərli müəllimlərim – Bəylər Hacıyev, Hüseynağa Rzayev, Roza Arazova, Hikmət Əkbərov, Sədaqət Təhməzova və digər görkəmli pedaqoqların fədakarlığı və tədrisə olan sevgisi mənim həm şəxsi, həm də peşəkar inkişafımda silinməz iz qoyub.

Ümid edirəm ki, Xəzər Universiteti gələcək nəsilləri ruhlandırmağa və onları gücləndirməyə davam edəcək.

Dərin minnətdarlıq və ən xoş arzularımla,

Kamran Nəsirov
Baker Hughes
Gömrük və logistika meneceri

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025