Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1202 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
18 Avqust, 2026İT departament rəhbəri biometrik ödənişlərin Azərbaycanda tətbiq perspektivlərini şərh edib
18 Avqust, 2026Psixoloq imtahan stressi, valideynlərin akademik gözləntiləri və uşaqların psixoloji sağlamlığı barədə  
18 Avqust, 2026Psixologiya departamentinin əməkdaşı müsahibə verib
17 Avqust, 2026Yubiley təbriki

SORG4NOBAL layihəsinin yekun tədbiri Xəzər Universitetində keçirildi

2023-2025-ci illər üzrə İsveç Kənd Təsərrüfatı Elmləri İnstitutu tərəfindən qalib elan edilən SORG4NOBAL beynəlxalq elmi-tədqiqat layihəsinin yekun tədbiri Azərbaycanda keçirilmişdir. Tədbirdə Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri Dr. Cəmalə Eldarova və departamentin dosenti Dr. Cavid Ocaqi iştirak etmiş, layihənin əldə etdiyi nəticələr, sorqo bitkisinin kənd təsərrüfatı və ekosistemlərə töhfəsi müzakirə olunmuşdur.

Tədbir 2025-ci il martın 11-12-də keçirilmişdir. Seminarın 1-ci günü “Təbiət əsaslı həllər və aqroekologiya”ya həsr olunmuş və Radisson hotelində baş tutmuşdur. Seminar Cavid Ocaqinin “Xəzər Universitetində təbiət əsaslı həllər” mövzusunda məruzəsi ilə başlamışdır. Həmçinin, İsveç Kənd Təsərrüfatı Universitetinin əməkdaşı və eyni zamanda layihə rəhbəri Dr. Məhbubjon Rahmatov, Litvanın Kənd Təssərüfatı və Meşəçilik Tədqiqat Mərkəzinin əməkdaşları Dr. Rita Amoniene və Dr. Monika Toleikiene, Estoniya Kənd Təsərrüfatı Araşdırmaları və Bilik Mərkəzinin əməkdaşı Dr. Priit Pechter, Ukraynanın Bitki Seleksiyası və Genetika İnstitutu – Milli Toxum və Genotip Tədqiqat Mərkəzinin əməkdaşı Dr. Olena Yarmolska, İsveçin Orqanik Kənd Təsərrüfatı Fermerləri Assosiasiyasının nümayəndəsi Josefine Johansson və Lund Universitetinin tələbəsi Habiba Allam məruzə etmişlər.

Tədbirin 2-ci günu “Təbiət əsaslı həllər və dayanıqlı şəhərlər”ə həsr olunmuş, Xəzər Universitetinin Mərmər zalında keçirilmişdir. Lund Universitetindən Bernadett Kiss, ADA Universitetindən Fidan Namazova, FAO-dan İradə Qaraxanova, ADİU-dan Elmira Fərzəliyeva və Göyçay Peşə Təhsili Mərkəzindən Əzizağa Atakişiyevin məruzələri dinlənilmişdir.. Həmçinin, seminar çərçivəsində layihə icraçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutuna da (GEİ) səfər edərək, institutun baş direktoru, AMEA-nın müxbir üzvü professor Zeynal Əkpərov ilə görüşmüş,  institutda aparılan elmi-tədqiqat işləri, Milli Genbank və Mərkəzi Məlumat Bazası haqqında məlumat əldə etmişlər.

Yekun görüşə İsveç, Estoniya, Ukrayna, Litva və Azərbaycandan olan tədqiqatçılarla yanaşı, fermerlər, FAO, ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da qatılmışlar. Layihənin əsas məqsədi iqlim dəyişikliklərinə davamlı sorqonun introduksiyası vasitəsilə evtrofikasiya və pestisid çirklənməsinin azaldılması, eləcə də qida təhlükəsizliyi və ekoloji dayanıqlığın artırılması olub.

Tədbirdə, həmçinin, yeni beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələrin icrası müzakirə edilib.. Mütəxəssislər davamlı kənd təsərrüfatı təcrübələri, aqrar biomüxtəlifliyin artırılması, fermerlərin maarifləndirilməsi və sorqonun bioenerji, yem və insan qidası kimi istifadəsinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürdülər.

Bu görüş Təbiətə Əsaslanan Həllər (Nature-based Solutions) çərçivəsində yeni yanaşmaların inkişaf etdirilməsi və “2030 Dayanıqlı İnkişaf Strategiyaları”na uyğun olaraq, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və kənd təsərrüfatının dayanıqlılığına dair inteqrasiya olunmuş həllərin işlənib hazırlanması istiqamətində mühüm addım olmuşdur.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026