2025-ci il fevralın 20-də AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi Zalında Xəzər Universitetinin ikinci kurs tarix-coğrafiya müəllimliyi ixtisası tələbələrinə Sivilizasiyalar tarixi ilə əlaqəli keçirilən dərs zamanı mühüm arxeoloji materiallarla tanışlıq oldu.
Dərsi Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov təşkil etmişdi. Ekskurs-dərs şəklində keçən interaktiv məşğələ tələbələrin fənni əyani mənimsəməsinə yardımçı oldu.