Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1432 Arxiv
XƏBƏRLƏR
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
08 Oktyabr, 2026Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  

“Dilimiz kimliyimizdir: Dilimizi qoruyaq!”

2025-ci il  fevralın 21-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə universitetin Mərmər salonunda “Dilimiz kimliyimizdir: dilimizi qoruyaq!” mövzusunda  maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi Azərbaycan dilinin hazırkı səviyyəyə çatmaq üçün hansı çətinliklərdən keçdiyini, necə formalaşdığını və ən əsası dilimizi necə qorumalı  olduğumuzu iştirakçılara çatdırmaq idi.

Tədbir Azərbaycan Dövlət Himninin ifası ilə başlandı. Xəzər Universitetinin birinci kurs tələbələri Nigar Ələsgərli  və Pəri Nəsibova Xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim“ şeirini söylədilər. Xəzər Universitetinin Kamera orkestrının çıxışından sonra söz Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru Dos. Aynur Qəzənfərqızına verildi. O, “21 fevral Beynəlxalq Ana dili Günü”nün yaranma tarixindən danışdı və qeyd edilməsinin vacibliyini vurğuladı. Hər zaman, hər yerdə ana dilini qorumağın müqəddəs borc olduğunu qeyd etdi.

Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxışında   ədəbi dil tariximizdən, dilimizin keçdiyi inkişaf yolundan, Azərbaycan dilinin öyrənilməsinin  ingilis dilli Xəzər Universiteti üçün önəmindən danışdı və qeyd etdi ki, Xəzər Universitetində bütün ixtisaslar üzrə Azərbaycan dili tədris olunur.

Xəzər Universitetinin müəllimləri aşıq Ramin Qarayev və müğənni Məhsəti Cabbarova Hamlet İsaxanlının sözlərinə “Gödək donu” havası üstündə  şən mahnı ifa etdilər.

Azərbaycan Respublikasının sabiq təhsil naziri - türkoloq, filologiya elmləri doktoru, Prof. Firudin Cəlilov çıxışında dünya dilləri içərisində türk dilləri ailəsinin mövqeyi, türk dillərinin xüsusiyyətləri, sinharmonizm qanunu, türk dillərində olan ümumi və xüsusi qrammatik kateqoriyalar barəsində danışdı.  Qədim türklərin məskəni, ulu dil nəzəriyyələri haqqında məlumat verdi. Dillərdə olan sözyaratma, sözalma proseslərinə toxundu, türklər üçün ortaq terminologiyanın yaradılması istiqamətində işlərin vacibliyini vurğuladı. Çıxışının sonunda  öz kitablarını Xəzər Universitetinin kitabxanasına bağışladı.

Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərli çıxış edərək, Azərbaycan dilinin dialektologiyası  və müvafiq terminlərdə olan dəyişikliklər,  bu sahədəki yeniliklər haqqında danışdı. Türk dilləri ailəsində ilk dəfə olaraq Azərbaycan dilində dialektoloji atlasların tərtib edilməsini,1990-ci ildə "Azərbaycan dilinin dialektoloji atlası", 2015-ci ildə "Naxçıvan dialektoloji atlası " və 2022-ci ildə isə "Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın işıq üzü gördüyünü qeyd etdi.

Tədbir Xəzər Universitetinin Kamera orkestrinın çıxışı ilə başa çatdı.

Nigar Ələsgərli

Xəzər Universiteti,

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1 kurs

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026