2025-ci il fevralın 20-də Xəzər Universitetinin Mərmər salonunda Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələrinin filoloji təcrübəsi ilə bağlı iclas keçirilib. İclası Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan əvəzi Aygün Verdiyeva giriş sözü ilə açıb və tələbələrə uğurlar arzulayıb.
Filoloji təcrübənin rəhbəri, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy təcrübə haqqında məlumat verib. Qanun Nəşriyyatının İnsan resursları üzrə mütəxəssisi Zərifə Məmmədova tələbələrin nəşriyyatda görəcəkləri işlər və onların prinsipləri haqda çıxış edib.