Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın “Trends and Gender Dynamics in Professional Certification Growth in Saudi Arabia” (“Səudiyyə Ərəbistanında peşəkar sertifikatlaşmanın inkişafında tendensiyalar və gender dinamikası”) adlı məqaləsi Scopus Q2 və Web of Science-ESCI 1.7 impakt faktorlu "Societies" jurnalının 15-ci cildinin 28-ci nömrəsində dərc edilib.
Məqalədə Səudiyyə Ərəbistanında dil təhsili və digər sahələrdə peşəkar sertifikatlaşmanın inkişafındakı tendensiyalar və gender dinamikası araşdırılır, onların əhatə dairəsi, əhəmiyyəti və karyera inkişafı və işçi qüvvəsinin inkişafına təsiri vurğulanır.
Məqaləyə keçid: https://www.mdpi.com/2075-4698/15/2/28