Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın birinci və məsul müəllif olduğu titled “Classification of English Words into Grammatical Notations Using Deep Learning Technique" ("Dərindən öyrənmə texnikası ilə ingilisdilli sözlərin qrammatik notasiyalara təsnifatı") adlı məqaləsi "Information" jurnalının 15-ci cildinin 12-ci nömrəsində (Scopus Q2 və Web of Science-ESCI indeksli jurnal) dərc olunub.
Bu məqalə süni intellekt əsaslı CNN modellərinin ingilis dilini öyrənənlərə (ingilis dili ana dili olmayanlar) sözləri yüksək dəqiqliklə qrammatik kateqoriyalara təsnif etməkdə necə kömək etdiyini və dilin öyrənilməsini necə təkmilləşdirdiyini araşdırır.
Məqaləyə keçid: https://doi.org/10.3390/info15120801