2024-cü il dekabrın 25-də Xəzər Universitetinin Mərmər salonunda Buzovna Zəka Kurslarının abituriyentləri ilə görüş keçirilmişdir. Tədbirdə universitetin əməkdaşı Nüşabə Alıyeva Xəzər Universitetinin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermiş, abituriyentlərin suallarını cavablandırmışdır.
Sonda Buzovna Zəka Kurslarının abituriyentləri universitetin maddi-texniki bazası ilə yaxından tanış olmuşlar.