Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1489 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universitetinin  “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli irəliləyi
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Xəzər Universitetində IX Beynəlxalq Rumi Simpoziumu

2024-cü il dekabrın 12-13-də Xəzər Universitetində Şərqin böyük filosofu Mövlana Cəlaləddin Rumi irsinin tədqiqinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Şimali Kipr Yaxın Şərq Universitetinin Rumi Araşdırmalar Mərkəzi tərəfindən Mövlana, mövləvilik, təsəvvüf, hikmət mövzularında ənənəvi olaraq hər il düzənlənən elmi simpozium bu il Xəzər Universiteti Mövlana  Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu  ilə birgə təşkilatçılıqla  universitetdə baş tutdu. Qeyd edək ki, “Rumi elmi simpoziumu” bir çox ölkələrdən dəyərli alim və tədqiqatçılar tərəfindən təsəvvüf ədəbiyyatı, fəlsəfə, mövləviliyə elmi aspektdən baxış, irfan və hikmətlə bağlı səriştəli araşdırmaların təqdim olunduğu mötəbər elmi tədbirdir.

Simpozium  dekabrın 12-də üz-üzə, 13-də isə onlayn formatda həyata keçirildi. Simpoziumda Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Hindistan, ABŞ, İran, Kanada, Şimali Kipr və Əlcəzairdən 36 məruzəçi əyani, 31 məruzəçi isə onlayn şəkildə öz elmi yeniliklərini təqdim etdilər.

Açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı dünya mədəniyyətində Mövlana Cəlaləddinin mövqeyinə diqqət çəkərək, simpoziumun əhəmiyyətini vurğuladı və təşkilatçılara öz təşəkkürünü bildirərək, Yaxın Şərq Universiteti ilə əməkdaşlığın davam edəcəyini diqqətə çatdırdı.

Yaxın Şərq Universitetinin professoru, Rumi Araşdırmaları Mərkəzinin müdiri Qədir Golkarian

Universitetin təsisçisi Prof. İrfan Suat Günsel`in və rektoru Prof. Tamer Şanlıdağ`ın salamlarını çatdırdı. O, artıq 9 ildir təşkil olunan beynəlxalq simpoziumun dünyanın bir çox ölkələrində tanındığını, mövlanaşünas mütəxəssislərin hər il səbrsizliklə gözlədiyi bir tədbir olduğunu, hər dəfə simpoziumlarda bu dahi mütəfəkkirlə bağlı yeni fikirlər səsləndiyini ifadə etdi.

Sonra çıxış edən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun müdiri Prof. Nəzakət Məmmədli simpoziumun çox vacib bir missiyaya – şərq mədəniyyətinin təmsilçiləri arasında düşüncə körpüsü quran, özündən sonra nəhəng xələf ordusu qoyub gedən, günümüzə və gələcəyə yönəlik humanist fikirləri ilə çağlar aşan Mövlana Cəlaləddin Rumi irsinin yeni aspektlərdən tədqiqinə xidmət etdiyini dilə gətirdi.

Xəzər Universitetinin Mərmər zalında baş tutan açılış mərasiminin sonunda Hamlet İsaxanlı, rektor Dos. İradə Xəlilova Yaxın Şərq Universitetinin təsisçisi və rektoruna öz hədiyyələrini təqdim etdilər. Hədiyyələri onlar adına Qədir Golkarian alaraq, təşəkkür bildirdi. Həmçinin, öz növbəsində İrfan Suat Günsel`in və Tamer Şanlıdağ`ın hədiyyələrini çatdıran Golkarian bu əməkdaşlığın daimi olmasını arzuladığını ifadə etdi.

Sonda Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə  universitetin Kamera orkestrinin və tələbələrdən ibarət xor və rəqs qrupunun çıxışları izlənildi.

Açılışdan sonra rəsmi panel və üç əlavə paneldə məruzələr dinlənildi. Mövlana yaradıcılığını ədəbiyyatşünaslıq, dilçilik, sosioloji, pedaqoji, incəsənət, təsəvvüfi aspektlərdən incələyən məruzəçilər öz elmi tədqiqatlarınıi təqdim etdilər.

Qapanış iclası ilə konfrans yüksək qiymətləndirildi, qarşıya qoyulan hədəflər, simpozium məruzələrinin nəşr olunması  və növbəti simpozium üçün hədəflər müəyyənləşdirildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026