Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 947 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

NextKhazar Idea Show startap layihəsinin yekun tədbiri

2024-cü il oktyabrın 30-da Xəzər Universitetində NextKhazar Idea Show startap layihəsinin yekun tədbiri keçirilmişdir. Layihənin əsas məqsədi startap ideyalarının formalaşması üçün dəstəkləyici ekosistemin yaradılmasıdır. Belə ekosistemin yaradılması sahibkarlığın, həmçinin iqtisadi artımın təşviqi, biliklərin ötürülməsi üçün olduqca vacibdir və inkubatorlar, akseleratorlar, texnologiya transferi ofisləri kimi əsas komponentlərdən ibarət olmalıdır. Bu xüsusiyyətləri tədris mühitinə daxil etməklə Xəzər Universiteti tədqiqat nəticələrini sosial-iqtisadi dəyərə malik məhsul və xidmətlərə çevirməyi hədəfləyir.

Tədbirdə Idea Show-un rəhbəri Prof.Akad. Hamlet İsaxanlı, layihənin baş katibi Prof. Soodabeh Davaran, Strateji komitənin rəhbəri Dr. Solmaz Hazratgholizad, elmi katibi dosent Cavid Ocaqi, texnoloji katibi dosent Peyman Keyhanvar, icra katibi Dr. Cəmalə Eldarova, Xəzər Universitetinin professor-müəllim heyəti, tələbələr, digər universitetlərin elmi tədqiqat müəssisələrinin nümayəndələri  iştirak edirdilər.

26 günlük prosesi əhatə edən NextKhazar Idea Show-ya ümumilikdə 9 ölkədən -  ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Danimarka, Almaniya, Türkiyə, Azərbaycan və İrandan olmaqla 86 elmi əhəmiyyətli ideya təqdim olunmuşdur. Bu təqdimat platforması (https://nextkhazar.com/) startapa müraciət prosesini asanlaşdırmaq və Xəzər Universitetini üçüncü nəsil universitetə çevirmək üçün xüsusi hazırlanmışdır.

Təqdim olunmuş ideyaların qiymətləndirilməsi üçün professorlar və sənaye investoru da daxil olmaqla altı ekspertdən ibarət iki mərhələli seçim prosesini əhatə edən bir panel təşkil edilmişdir. Münsiflər heyətinin üzvləri Prof. Soodabeh Davaran, dosent Peyman Kayhanvar, dosent Cavid Ocaqi, Dr. Omid Mashinchian, Dr. Solmaz Hazratgholizad və investor cənab Mohammad Miyabi olmuşdur.

İlk seçim turunda daxil olmuş 86 ideyadan 15-i, daha sonra onlardan 8-i növbəti mərhələyə keçmişdir. Qiymətləndirmə meyarlarında innovasiya, potensial təsir və tətbiq dərəcəsi, həmçinin Xəzər Universitetinin vizyonuna uyğun olan fənlərarası yanaşmalar da öz əksini tapmışdır.

Idea Show-un yekun tədbirində aşağıda qeyd olunan ən yaxşı ideyalar seçilmişdir:

1-ci yerin qalibi - Mahsa Javan və Deniz Zareian (Iran),  “Explored the use of Urmia Lake algosomes as delivery systems for anticancer and antibacterial agents, an idea rooted in sustainable, locally sourced biotechnology”;

2-ci yerin qalibi - Aygün Mursadova (Azərbaycan), “İntroduced Green Sphere, a concept integrating AI with eco-friendly biomaterials to address environmental challenges”;

3-cü yerin qaibi - Şəfa Yusifova (Azərbaycan) “Captivated the judges with Shafa’s Class, an educational platform designed to make biomaterials science more accessible”;

4-cü yerin qalibi - Salar Hooshyar və Mehrnoosh Nemati (ABŞ), “Presented a promising hydrogel designed to promote tissue regeneration and angiogenesis, essential for complex wound management” olmuşdur.

NextKhazar İdea Show Xəzər Universitetinin dinamik gələcəyə doğru qabaqcıl addımını simvolizə etməklə əhəmiyyətli elmi innovasiyalar üçün zəmin yaradır. Bu kimi təşəbbüslər həm Xəzər Universiteti, həm də digər universitetlərin  tələbələrini sabahın çağırışlarına hazırlamaqla yanaşı, mütərəqqi, üçüncü nəsil universitet modelini əks etdirən davamlı, fənlərarası ekosistem yaradır.

Ətraflı məlumat: www.nextkhazar.com

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026