Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyevin "Millətçilik: qurmağın və qorumağın ideologiyası" mövzusunda məqaləsi“Füyuzat” yurnalında (№3/(138), 2024) dərc edilmişdir.
Dos. Vəliyev məqalədə dünyanın siyasi olaraq üzləşdiyi türbülansın, qeyri-müəyyənliyin dövlətləri milli siyasət aparmağa vadar etdiyini yazır.
Qeyd edək ki, 1906-1907-ci illərdə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunan “Füyuzat” jurnalı Azərbaycanın modern intellektual ənənəsinin formalaşmasında müstəsna rolu olmuşdur.