2024-cü il iyunun 28-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Sevinc Qəmbərova İctimai Radioda Pərvanə Nadirqızının təqdim elədiyi “Can, Azərbaycan” verilişinin canlı efirində qonaq olmuşdur. “Mütaliə mədəniyyəti: niyə kitab oxumalıyıq?” mövzusuna həsr edilmiş verilişdə qonaq tədris etdiyi “Oxu strategiyası” fənninin təsvirindən, oxu modellərindən, oxuya verilən başlıca tələblərdən, mütaliə mədəniyyətinin formalaşdırılmasından, mütaliənin faydalarından ətraflı danışmışdır.