“Qanun” nəşriyyatında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə: həyat və fəaliyyəti” kitabı işıq üzü görüb.360 səhifədən ibarət kitabda M.Ə.Rəsulzadənin həyatı və fəaliyyəti ilə bağlı bilgilər elmi əsaslarla, sənəd və faktlarla oxuculara təqdim edilib. Kitabın sonunda M.Ə.Rəsulzadə haqqında rus və ingilis dillərində də məlumatların olması bu kitabın daha də əhəmiyyətli olduğunu təsdiqləyir.
Professor N.Yaqublunun M.Ə.Rəsulzadə haqqında Azərbaycanda, Türkiyədə, Rusiyada da ensiklopediyaları nəşr edilib və oxucular tərəfindən maraqla qarşılanıb.