Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1473 Arxiv
XƏBƏRLƏR
22 Yanvar, 2026Xəzər Universiteti - Ankara Sosyal Bilimler Universitesi: Təşəkkür məktubları
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
20 Yanvar, 2026Xəzər Universiteti nümayəndə heyətinin Ankaraya işgüzar səfəri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  
25 Dekabr, 2025Fudan Universitetinin nümayəndə heyəti "Xəzər"də
19 Dekabr, 2025Xəzər Unıversıtetındə 4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçırıldı
17 Dekabr, 2025Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş
22 Yanvar, 2026Siyasi elmlər və Fəlsəfə departamenti müəlliminin məqalələri Daily Sabah-da
21 Yanvar, 2026Narkomaniya və asılılıqla mübarizə  mövzusunda maarifləndirici tədbir

“Ozan-Aşıq Mədəniyyəti: Tarixi Köklər, Müasir Yanaşmalar və Perspektivlər” mövzusunda Beynəlxalq Elmi Simpozium

2024-cü il mayın 23-24-də Xəzər Universitetində TİKA Bakı Proqram Koordinatorluğu, Ankara Hacı Bayram Veli Universiteti, Xəzər Universiteti, UNESCO-nun Türkiyə Milli Komissiyası, Ahmet Yesevi adına Uluslararası Türk-Kazak Universiteti və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə “Ozan-Aşıq Mədəniyyəti: Tarixi Köklər, Müasir Yanaşmalar və Perspektivlər” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirildi.

Simpoziumda tərəfdaş qurumların nümayəndələri, o cümlədən Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, rəsmi qonaqlar,  Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Dağıstan (Rusiya Federasiyası), Qaqauz Yeri (Moldova) və Pakistan alim və  mütəxəssisləri iştirak edirdilər.

Mayın 23-də universitetin Mərmər zalında simpoziumun açılışı oldu. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri, simpoziumun Təşkilat komitəsinin həmsədri Dos. Dilbər Zeynalova giriş sözü söylədi. Açılış toplantısı musiqi ilə (Xəzər Universitetinin Kamera orkestri – bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova, “Bakı-Təbriz” qrupu (Güney Azərbayca) – bədii rəhbər Elman İbrahimi; solist – Aşıq Ramin Qarayev) davam etdi.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət və tanıtım  müşaviri Muhittin Macit, TİKA Bakı Proqram koordinatoru Hayrettin Özçelik, Türkiyə Böyük millət Məclisinin sabiq millət vəkili, folklorşünas Prof. Dr. Metin Ergün, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini dosent  Altay Məmmədov, Ankara Hacı Bayram Veli Universitetindən Prof.Dr. Pervin Ergün və Ahmet Yesevi adına  Uluslararası Türk-Kazak Universitetindən  (Qazaxıstan) Prof. Askar Turganbaev çıxış etdilər.

Çıxışlarda vurğulandı ki,  türk xalqlarının yaratdıqları zəngin folklor əsərləri dünya ədəbiyyatının gözəl nümunələridir. Xalqların düşüncə tərzindəki yaxınlıq ilk olaraq folklorda özünü göstərir və bu nümunələrin müqayisəli şəkildə öyrənilməsi və tədqiqi mühüm önəm kəsb edir ki, simpozium da bu məqsədlə keçirilir və qarşılıqlı tədqiqatların inkişafına töhfə verəcəkdir.

Həmin gün  Nevşehir Hacı Bektaş Veli  Universitetindən Prof. Dr.  Bayram Durbilmez`in moderatorluğu ilə Mərmər zalda keçən plenar toplantıda o özü “Dərviş və aşıq sənəti təmsilçilərində ortaq ənənələr: Azərbaycan və Türkiyə sahəsindən ortaq nümunələrlə”,  Ahmet Yesevi adına  Uluslararası Türk-Kazak Universitetindən Prof. Askar Turganbaev “Qazax türkləri mədəniyyətində ozan: keçmişi və buğunu” və Dos. Yar Jan Badini  “Qopuz və sazın oxşar və fərqli cəhətləri” mövzularında məruzələrlə  çıxış etdilər.

Simpozium işini “Qurbani”, “Yirçi Kazak”, “Dadaloğlu”, “Manas” və “Aşıq Ələsgər” adlı panel toplantılarında davam etdirdi. Müvafiq olaraq Hacı Bayram Veli Universitetindən Prof. Dr. Pervin Ergün, Bakı Atatürk Mərkəzindən Dos. Nazir Əhmədli, Dağıstan EA Folklor Mərkəzindən Ağarahim Soltanov, AMEA Folklor İnstitutundan Prof. Ramil Əliyev və Bakı Avrasiya Universiteti və Xəzər Universitetinin müəllimi Dos. Elmira Məmmədova-Kekeç və AMEA Folklor İnstitutundan Prof. Füzuli Bayatın moderatorluğu ilə keçən panel toplantılarında 30-a qədər məruzə dinlənildi və müzakirələr aparıldı.

Mayın 24-də Mərmər zalda simpozium çərçivəsində Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) açılış toplantısı keçirildi.

Prof.Akad Hamlet İsaxanlı çıxışında bildirdi ki, Xəzər Universitetində son vaxtlarda yaradılmağa başlanan yeni institut və elmi tədqiqat mərkəzləri  universiteti həm də elmi tədqiqat ocağına cevirmək məqsədinə xidmət edir.

MAFİ-nin koordinatoru, Xəzər Universitetinin müəllimi Dos. Aynur Qəzənfərqızı institutun rəsmi saytını təqdim etdi. MAFİ-nin Türkiyədən olan direktoru Prof.Dr. Ali Duymaz (onlayn) və  əməkdaşı Prof.Dr. Bayram Durbilmez institutun uğurla fəaliyyətə başlayacağına əminliklərini bildirdilər.

Həmin gün  Mərmər zalda Beynəlxalq elmi simpoziumun iştirakçıları və qonaqları şərəfinə ozan-aşıq konserti verildi. Konsert universitetin Kamera orkestri və “Bakı-Təbriz” qrupunun müşayiəti, Aşıq Ramin Qarayev, Akın Murat Sugurbay (Qazaxıstan), Baxşı İmonjonAşuroviç (Özbəkistan), Şahan (Pakistan), Aşıq Kamandar Lətifoğlu və Aşıq Əfqan Samilovun (Gürcüstan) ifaları ilə başa çatdı.

Bununla da “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda Beynəlxalq Elmi Simpozium öz işini yekunlaşdırdı.

 
Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026