9 yanvar 2024-cü il tarixində İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova “Dil tədrisində gələcək tendensiyalar: 21-ci əsr tələbələrinə süni intellektin təsiri” adlı Beş Günlük Fakültə İnkişaf Proqramında ekspert qismində mühazirəçi kimi çıxış etdi. Tədbir Hindistanın Yeni Dehli şəhərinin Madanapalle Texnologiya və Elm İnstitutu tərəfindən təşkil olunub.