2024-cü il martın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyi ilə birgə təşkil etdiyi Azərbaycan-Qazaxıstan Ekspert Şurasınin iclasında Xəzər Universitetini Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev təmsil edib. İclasda Azərbaycanlı və Qazaxıstanlı rəsmilər və ekspertlər iki ölkə arasındakı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıblar. Qazaxıstan Prezidentinin son səfərində Qarabağa səfəri, həmin bölgədə nəzərdə tutulan məktəbin açılış tədbiri kimi məsələlər müzakirə edilib.
Bu görüş iki ölkə arasında təşkil edilən sayca üçüncü ekspert şurası idi.