Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev tarixçi, kolleksioner Dilqəm Əhmədlə 2024-cü il fevralın 18-də Fuyuzat TV-nin xüsusi buraxılışında Azərbaycanın siyasi və tarixi ilə bağlı müzakirədə iştirak ediblər. “Müharibədən sonrakı Azərbaycan”, “Dövlətləşmə və millətləşmə”, “Qarabağ Zəfərinin tarixi əhəmiyyəti”, “Azərbaycançılıq”, “Milli fikirdə ziyalıların rolu”, “Sülh məsələsi”, “Türkiyə “, Bir millət iki dövlət” şüarı ilə davam etdirilən münasibətlər proqramda müzakirə mövzuları olub.