Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1163 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
10 Dekabr, 2025Birinci kurs əcnəbi tələbələrin Qubaya səfəri
09 Dekabr, 2025Kiprdə Yaxın Şərq Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə 10-cu Beynəlxalq Rumi Konfransı keçirilib
09 Dekabr, 2025Xəzər Universitetinin KHAZAR U1 komandası Dünya yarımfinalına vəsiqə qazanıb  
09 Dekabr, 2025Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə BP-nin təşəbbüsü və maliyyə dəstəyi ilə TEAS Press Nəşriyyat Evində hazırlanaraq nəşr edilmiş 250 nüsxədən ibarət yüksək elmi və metodoloji əhəmiyyətə malik dərslik və tədris vəsaitləri hədiyyə olunmuşdur.

“II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfransın açılış mərasimi

2024-cü il yanvarın 30-da Holiday Inn hotelində “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfransın açılış mərasimi oldu. Mərasimdə Azərbaycanın və bir sıra xarici ölkələrin tanınmış elm xadimləri, səfirliklərin nümayəndələri, dövlət rəsmiləri, sənət adamları, ziyalılar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni ifa olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamı oxundu.

Azərbaycanın Xalq artisti Alim Qasımov konfrans iştirakçılarını musiqi ilə salamladı.

Konfrans təşkilatçılarınin nümayəndələri – Solmaz Rüstəmova-Tohidi (“Rəsulzadə Ev-Muzeyi” İctimai Qrupu), Nailə Vəlixanlı (Milli Azərbaycan Tarixi Muzeyi), Hamlet İsaxanlı (Xəzər Universiteti), Yan Maliski (Varşava Universiteti), Necdet Ünüvar (Ankara Universiteti, onlayn), Vahid Mustafayev (VMF Holdinq) çıxış etdilər. Çıxışlarında görkəmli dövlət xadimi və zəngin palitralı siyasi və ədəbi əsərlərin müəllifi M. Ə. Rəsulzadənin çoxşaxəli irsinin tədqiqi və öyrənilməsinin davam etdirilməsi üçün belə konfransların və digər tədbirlərin keçirilməsinin zəruriliyini əsaslandırdılar.

Sonra iştirakçılara “Rəsulzadə Ev-Muzeyi” İctimai Qrupu tərəfindən virtual formatda hazırlanmış Ev-muzeyin layihəsi təqdim olundu.

AMEA prezidenti akademik İsa Həbibbəyli çıxışında nəzərə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti banilərinin şərəfinə Bakıda abidə uçaldılmış və xatirələri yad edilməkdədir. Akademik qeyd etdi ki, AMEA-nın bir sıra institutlarında onların irsi tədqiq olunur. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində isə Cümhuriyyət şöbəsi fəaliyyət göstərir.

M. Ə. Rəsulzadəyə siyasi mühacirət dövrü sığınacaq vermiş ölkələrin (Türkiyə, Polşa, Almaniya, Rumıniya) Azərbaycandakı səfirlikləri adından Polşa səfiri Rafal Poborski çıxış etdi. Dedi ki, Azərbaycanın bu görkəmli xadimi Avropadakı mühacirət həyatında olduğu hər bir ölkədə öz fəaliyyəti ilə iz qoyubsa da, Polşa mühitinə və həyatına daha dərindən sirayət edərək, ömür-gün yoldaşını da burada seçmiş, onunla həyatının sonuna qədər xoşbəxt ömür sürmüşdür. Buna görə də, polyaklar onu daha çox özlərininki hesab etməkdə haqlıdırlar. Əsərləri də Polşada daha geniş tədqiq olunur.

Xarici iştirakçılar, o cümlədən M. Ə. Rəsulzadə irsinin tədqiqatçıları adından Səbahəddin Şimşir (Türkiyə) və Georgi Mamulia (Fransa) çıxış edərək, vurğuladılar ki, Rəsulzadə irsi vətənindən uzaqlarda da tədqiq olunur və bu da, eyni zamanda, həmin ölkələrin də elminə yeni məzmun gətirir.

Konfransda Xalq artisti, Üzeyir Hacıbəyli Ev-Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov çıxış edərək, Üzeyir Hacıbəyli ilə Məhəmməd Əmin Rəsulzadənin dostluq və işgüzar əlaqələrindən danışdı.

Azərbaycan ziyalıları və iştirakçıları adından Əməkdar incəsənət xadimi, professor Zümrüd Axundova-Dadaşzadə çıxış etdi. O, nəzərə çatdırdı ki, Rəsulzadə AXC qurucularından biri, dərin məzmunlu ədəbi və publisistik əsərlərin müəllifi olması ilə yanaşı, həm də görkəmli milli sima kimi qəbul edilir.

Rəsulzadə ailəsi adından nəvəsi Rais Rəsulzadə çıxış etdi və konfransın təşkilatçılarına təşəkkürünü bildirdi, Rəsulzadənin irsinə və xatirəsinə son illərdə artmaqda olan diqqətə görə və məlum Sərəncamın imzalanmasına görə şəxsən cənab Prezidentə minnətdarlığını bildirdi.

Qeyd edək ki, açılış mərasimi konfransın bir sıra digər tədbirlər kimi Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçmişdir.

Açılış mərasiminin sonunda iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) konserti təqdim olundu.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025