Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev 2024-cü il yanvarın 10-da Arb24 English kanalında Çin və ABŞ arasında baş verən son olayları şərh edib. Diskussiya zamanı Çinin ABŞ şirkətlərinə qarşı tətbiq etdiyi sanksiya xüsusilə müzakirə olunub. Dr. Orxan Vəliyev bu dövlətlər arasında artan gərginliyin siyasi məsələ olduğunu və yaxın zamanda anlaşmanın mümkün olmayacağını söyləyib.