Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqova 2023-cü il dekabrın 11-də Naxçıvan Musiqi Kollecində olublar.
Müəllim kollektivi və tələbələrlə görüşdə Zülfiyyə Sadıqova fortepiano ilə əsərlər ifa etmişdir. Sonra o, fortepiano ixtisası üzrə təhsil alan tələbələrin ifasını dinləmiş, klassiklərin polifonik üslubda yazılmış əsərlərinin ifa xüsusiyyətləri mövzusunda ustad dərsi keçmişdir.