2022-ci il oktyabrın 10-da Xəzər Universitetində yeni qəbul olan tələbələr üçün kampuslarında karbon emmisiyasının azaldılması və ümumi enerji sərfiyyatının idarə olunması haqqında seminar təşkil edilmişdir. Seminarda enerji tullantılarının azaldılması üsulları haqqında məlumat verildi və tələbələr maarifləndirildi. Digər tərəfdən tələbələrə mövcud olan alternativ enerji mənbələrindən necə istifadə etməyin qaydaları haqqında məlumat verildi və yeni enerji qaynaqlarının araşdırılmasının önəmli tədqiqat sahələrindən olduğu söylənildi.