2022-ci il martın 15-də Xəzər Universitetinin bütün kampuslarında karbon emissiyasının azaldılması və ümumi enerji sərfiyyatının idarə olunması məqsədi ilə yaradılmış audit tərəfindən reydlər keçirildi. Audit üzvləri universitetin kampuslarında enerji sərfiyyatına nəzarət apararaq, enerji tullantılarının ən çox olduğu kampusları müəyyən etmişlər, bu barədə rəhbərliyə raport verilmiş və enerji istehlakını azaltmağa kömək etmək üçün komissiya tərəfindən təkliflər edilmişdir.